Cümə axşamı, 02 May

"Ermənistan Azərbaycanla təkbaşına bacarmayacağını anlayır"

image

"Ermənistan hakimiyyətinin və cəmiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümidi özünü doğrutlmur. Təşkilat Ermənistan-Azərbaycan qarşdurmasında tərəf olmaq istəmir. KTMT nə müharibə, nə də ondan sonrakı dövrdə Ermənistana arxa olmadı. Çünki təşkilat yaxşı anlayır ki, birincisi, Ermənistan haqsızdır, uzun illər qonşu ölkənin torpaqlarını işğal altında saxlayıb, ikincisi, Ermənistan Azərbaycanla sərhədi müəyyənləşdirmək və sülh sazişi imzalamaq istəmir".

Xəbər verilir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasın İrəvandakı dünənki görüşdə ehtiyatlı açıqlamalar səsləndirdiyini bildirib. 

E.Şahinoğlu qeyd edib ki, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Zası “biz Sizi may ayından İrəvanda gözləyirik” sözləriylə sancmağı da unutmadı: “Erməni jurnalistlər baş katibdən Azərbaycan əleyhinə açıqlama almaq istəsələr də, alınmadı.

Ermənistanda anlamaq istəmirlər ki, Ermənistanı çıxmaq şərtilə təşkilatın üzvləri Azərbaycanla münasibətləri pozmaq istəmirlər. Elə təşkilatın baş katibi bir müddət əvvəl ona zəng edən erməni rəsmisinə açıq dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhəd məsələsinə qarışmayacaq. Yəni faktiki baş katib ermənilərə deyib ki, “bizdən əl çəkin və gedin Azərbaycanla razılaşın”. Buna baxmayaraq, İrəvan təşkilatdan əl çəkənə oxşamır.

Bu da ondan irəli gəlir ki, Ermənistan təkbaşına Azərbaycanla bacarmayacağını anlayır. İrəvan sentyabrın 16-a hazırlaşır. Bu tarixdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrlik Ermənistana keçəcək”.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti sentyabrın 26-dan başlayaraq təşkilatı Azərbaycana qarşı yönətlməyə çalışacaq: “Bu siyasət Azərbaycana deyil, Ermənistana əlavə problemlər yaradacaq. Çünki təşkilat üzvləri Ermənistanın haqsız tələblərinə görə Azərbaycanla üz-üzə qalmaq istəməyəcəklər. Əgər İrəvan dediyində israrlı olarsa təşkilat daxilində gərginlik artacaq. Digər tərəfdən təşkilatın Ermənistandan başqa dərdi var, Əfqanıstanda gərginlik artır, terrorçuların bu ölkədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərə keçmə ehtimalı artıb. Təşkilat üzvləri buna qarşı birgə mübarizə haqqında düşünmək məcburiyyətindədirlər.

Əfqanıstan təhlükəsi Ermənistanın bağırtılarından daha ağır gəlir. Ancaq hər halda rəsmi Bakı KTMT-yə bir daha mövqeyini xatırlatmalıdır ki, imkanları varsa, Ermənistan hakimiyyətini ağıllandırsınlar və sərhədlərin demilitasiya və demarkasiyası məqsədilə ikitərəfli danışıqlar başlasın”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15